top of page

"Mən zamanı dəniz, həyatımızı isə uzun bir üzüş kimi təsəvvür edirəm. Çox vaxt insanlar öz arzularına tez çatmaq, hansısa bir məqsəd nöqtəsinə varmaq istəyirlər, amma bu, aldadıcı bir hissdir. Əslində, bizim qarşıda hər hansı bir “nailiyyət nöqtəmiz” yoxdur. Hardasa uzaqda bir sahil var və məncə, o konkret bir yer deyil — sadəcə bizə ayrılmış vaxtın sonudur. Üzərkən yolumuzda müxtəlif hadisələr baş verə bilər: axınlar, fırtınalar, günəşin doğuşu, balıq sürüləri, hətta yanımızdan təhlükəli balıqlar keçə və bizi dişləyə bilər. Biz isə sadəcə uyğunlaşmalı, suyun üzərində qalmalı və batmamalıyıq — bu uzun səyahətdən zövq almaq kifayətdir!"
Surə Mədətova
bottom of page

